Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ müdafiə naziri Pit Heqsetin Kanada ilə müdafiə əlaqələrinə yeni məhdudiyyətlər tətbiq etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, “The Washington Post” qəzetinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Heqset bu həftənin əvvəlində bununla bağlı yeni memorandum dərc edib.
Mənbələrin bildirdiyinə görə, sənəd Kanada tərəfi tərəfindən “üzə vurulan şillə” kimi qiymətləndirilə bilər. Onlar memorandumun iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa yeni məhdudiyyətlər gətirdiyini bildiriblər.
Mənbələr hesab edirlər ki, bu addım Vaşinqtonla Ottava arasındakı münasibətləri daha da gərginləşdirə bilər.
Aytən Yaşar/Turkustan.az