Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ hərbçiləri Karib dənizində narkotik daşıdığı ehtimal edilən gəmiyə zərbə endirib.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığı marşrutları üzrə hərəkət etdiyini və qanunsuz daşımalar üçün istifadə olunduğunu göstərib.
Əməliyyat zamanı gəmidə olan iki nəfər həlak olub, altı nəfər isə sağ qalıb.
Hadisədən sonra ABŞ Sahil Mühafizəsinə məlumat verilib və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.
Aytəkin TOFİQQIZI