ABŞ Karib dənizində bir katerə zərbə endirib, 4 nəfər ölüb

05.10.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ hərbçiləri oktyabrın 4-də Karib dənizində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu bildirilən sürətli katerə zərbə endirib, nəticədə dörd nəfər ölüb.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

Məlumatda bildirilib ki, kəşfiyyat məlumatları katerin narkotik qaçaqmalçılığında fəal iştirak etdiyini təsdiqləyib.

ABŞ mediasının məlumatına görə, 2025-ci ilin payızında başlayan hücumlardan bəri narkotik qaçaqmalçılarının istifadə etdiyi ehtimal edilən katerlərdə ABŞ hərbçilərinin zərbələri nəticəsində 230-dan çox insan ölüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью