ABŞ kartellərlə savaşa başladı: qətliam, itkilər olacaq

01.02.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Meksika ilə müharibə olacaqmı? Bəli, təəssüf ki, olacaq. Məncə, Tramp bunu mümkün sayır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ ordusunun sabiq kəşfiyyatçısı Skott Ritter Prezident Donald Trampın kartellərlə mübarizəsinin mümkün nəticələri haqda X şəbəkəsində yazıb.

Ritter qeyd edib ki, ABŞ-ın “çox aqressiv” müdafiə naziri var və milli təhlükəsizlikdən söhbət gedəndə təhlükəsizlik qüvvələri hər şeyi edə bilər.

Kəşfiyyatçının sözlərinə görə, ABŞ xüsusi təyinatlı dəstəsi Meksikada ciddi bir hədəfi məhv edə bilər, kartel nümayəndələrinin isə, məsələn, ticarət mərkəzində terror aktı ilə cavab vermələri mümkündür:

“Və beləcə biz artıq onların ərazisindəyik, burada isə onlar bizi sadəcə süpürəcəklər. Qətliam, itkilər olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью