ABŞ katerlərə hücum etdi Səkkiz nəfər öldürüldü

16.12.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ hərbi qüvvələri Sakit okeanın beynəlxalq sularında narkotik daşıdığı iddia olunan üç katerə hücum edərək səkkiz nəfəri öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun sosial şəbəkə hesabında məlumat verilib.

Məlumata görə, katerlər Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə məşğul olan marşrutla hərəkət edirmiş. Bu, kəşfiyyat məlumatları ilə təsdiqlənib. Katerlərə hücum edilib və nəticədə səkkiz narkotik qaçaqmalçısı öldürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью