ABŞ kəşfiyyatı 2025ci ildə Ukraynaya dəstəyin dayandırılması ehtimalını araşdıracaq

24.12.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

ABŞ kəşfiyyat agentlikləri Ukraynaya hərbi və maliyyə dəstəyinin dayandırılması imkanlarını araşdırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Lenta.ru" ABŞ-ın 2025-ci il Milli Müdafiə Aktına istinadən məlumat yayıb.

Sənəddə bildirilir ki, ABŞ milli kəşfiyyatı və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi 2025-ci il dekabrın 31-dək Ukrayna münaqişəsinin mümkün gedişatı barədə hesabat təqdim etməlidir.

Hesabatda Kiyevə yardımın kəsilməsi ssenarisi, eləcə də Ukrayna qoşunlarının müstəqil şəkildə hərbi əməliyyatlar aparmaq qabiliyyətinin qiymətləndirilməsi yer almalıdır. Mütəxəssislər həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının dərinliklərinə hücumlarına qoyulan qadağanın götürülməsi risklərini də qiymətləndirməlidirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью