ABŞ kəşfiyyatı Martin Lüter Kinqin qətli ilə bağlı sənədləri məxfilikdən çıxardı | Icma.az
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Milli Kəşfiyyat İdarəsi vətəndaş hüquqlarının lideri Martin Lüter Kinqin qətli ilə bağlı 230 min səhifədən çox sənədin məxfiliyini ləğv edib.
Yeniavaz.com xəbər verir ki, u barədə iyulun 21-də ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard məlumat verib.
Onun sözlərinə görə, sənədlər ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinin saytında dərc edilib.
“Bu sənədlərdə Martin Lüter Kinqin qətli ilə bağlı FTB-nin təhqiqatı, potensial sübutların müzakirələri, istintaqın gedişatını əks etdirən daxili FTB qeydləri, iddia edilən sui-qəsd planını müzakirə etdiyini iddia edən Ceyms Erl Reyin (Kinqin qatilidir) keçmiş kamera yoldaşı haqqında məlumatlar var”, - Qabbard qeyd edib.
Məlumata 1977-ci ildə məhkəmə qərarı ilə möhürlənmiş, buraxılmış bəzi sənədlər əvvəllər rəqəmsallaşdırılmayıb.
Yayımlanan sənədlər arasında FTB qeydləri və MKİ hesabatları var.
Qeyd edək ki, Martin Lüter Kinq 4 aprel 1968-ci ildə Memfisdə sui-qəsd nəticəsində öldürülüb.
Tam oxu
Xəbəri oxu