Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bloomberg agentliyi ABŞ Milli Kəşfiyyat İdarəsindən Rusiya prezidenti Vladimir Putinin siyasi opponentlərinin xaricdə öldürülməsi ilə bağlı hesabat əldə alıb.
Bloomberg jurnalistinin xahişi ilə hesabat qismən məxfilikdən çıxarılıb.
KONKRET.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, sənəddə 2006-cı ildən bəri baş verən bir sıra oxşar qətllər sadalanır.
Kəşfiyyat onların Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini və şəxsən Putin tərəfindən sanksiya verildiyini hesab edir.
Hesabatda qeyd olunan ilk hal 2004-cü ildə Qətərdə özünü Çeçenistan adlandıran İçkeriya Respublikasının keçmiş rəhbəri Zelimxan Yandarbiyevin qətlidir.
Qətlin səbəbkarları, Rusiya Müdafiə Nazirliyinin QRU əməkdaşları Anatoli Belaşkov və Vasili Boqaçev Qətər məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilsə də, tezliklə Rusiyaya köçürülüb.
Evdə onlar cəzalarının qalan hissəsini həbsxanada keçirməli idilər, lakin onların sonrakı taleyi məlum deyil.