ABŞ kəşfiyyatı: Rusiya hücumu hazırlayır

25.11.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ kəşfiyyatı Ukraynanı Rusiyanın növbəti hücumu barədə xəbərdar edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) məlumat yayıb.

“Növbəti 48 saat ərzində Kiyevə və ətraf bölgələrə kütləvi ballistik raket hücumu təhlükəsi yüksəkdir. Rusiya dörd bölgəyə təxminən 33 raket zərbə endirməyə hazırlaşıb.

Düşmən hədəf kimi enerji, körpülər də daxil olmaqla nəqliyyat infrastrukturunu və müdafiə sənayesi müəssisələrini seçib”, - deyə məlumatda qeyd edilir. 

ABŞ kəşfiyyatı Rusiyanın strateji bombardmançı təyyarələrinə raketlərin  yüklənməsi prosesinə başlanıldığını bildirib. 

Kütləvi hava hücumuna hazırlıq məqsədilə “Tu-160” və “Tu-95” təyyarələrinin hazırlıq vəziyyətinə gətirldiyi xəbər verilir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью