ABŞ kəşfiyyatı terrorçulara təlim keçir İranlı general

17.11.2024

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“ABŞ kəşfiyyatı İranın cənub-şərqində terror aktları törədən yaraqlılara təlim keçir”.

Modern.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının hüquqi məsələlər üzrə müavini, general Əli Şamxani deyib.

“İranın cənub-şərqindəki terror qrupları Amerika silahlarından istifadə edərək terror aktları həyata keçirir. Onlar etiraf ediblər ki, Amerika kəşfiyyatı onlara təlim keçib”, - deyə Əli Şamxani bildirib.

O əlavə edib ki, ABŞ Tehrana qarşı tətbiq etdiyi sanksiyalara görə İrana 1 trilyon dollar təzminat ödəməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью