Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) May 2025 tarixli son "Qlobal Təhdid Qiymətləndirməsi"ndə Rusiya, Çindən sonra ikinci ən böyük təhlükə kimi göstərilib.
Sherg.az Nexta-ya istinadən xəbər verir ki, qiymətləndirmədə Rusiya ilə bağlı əsas məqamlar bunlardır:
— Putin bu müharibəni mövcudluq məsələsi kimi görür;
— Ən azı 2025-ci ilin sonuna qədər döyüşməyə hazırdır;
— Məqsəd: Ukraynanı neytrallaşdırmaq və tamamilə dağıtmaq;
— Rusiya itkiləri: 700 min yaralı və ölü, onlardan 170 min nəfər ölüb;
— Kreml Qərbin dəstəyinin tükənəcəyinə ümid edir;
— NATO ilə birbaşa toqquşmadan yayınır, lakin Avropada diversiya, kiberhücumlar və sui-qəsd planları var.