ABŞ kəşfiyyatından ŞOK: Putinin Ukrayna PLANININ PƏRDƏARXASI KONKRET

24.05.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

ABŞ kəşfiyyatının hesabatına görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə hələ də qələbə qazanmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, hesabatda bildirilir ki, Putin bu müharibəni Qərblə mövcudluq mübarizəsi kimi görür və bu qarşıdurmanın Rusiyanın dünya arenasındakı yerini müəyyən edəcəyinə inanır.

Məlumata əsasən, Kreml rəhbəri uzunmüddətli “istismar strategiyası”nı davam etdirmək, Ukrayna cəmiyyətini demoralizə etmək və Qərbin yardımını zəiflətmək planlarını güdür.

ABŞ kəşfiyyatı bildirir ki, Putinin əsas hədəfi SSRİ-nin dağılmasından sonra itirilmiş təsiri bərpa etmək və keçmiş sovet respublikalarını yenidən Rusiyanın təsiri altına salmaqdır.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью