ABŞ kəşfiyyatının ən bahalı fiaskosu

03.02.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, ABŞ Milli Kəşfiyyatının (AMK) direktoru vəzifəsinə namizəd Tulsi Habbard “Newsweek” üçün köşə yazısında belə iddia irəli sürüb.
“İraqa müdaxilə qərarı Yaxın Şərqdə kütləvi miqrasiya və sabitliyin pozulmasına gətirib çıxardı, həmçinin ABŞ-nin Avropadakı müttəfiqlərinin təhlükəsizliyini və sabitliyini pozdu. Bu, həm də İslam Dövləti (İŞİD) terrorçularının artmasına, “Əl-Qaidə” və digər terror qruplarının güclənməsinə, İranın cəsarətlənməsinə səbəb oldu”, - Tulsi Habbard yazıb.
Xanım Habbard onu da qeyd edib ki, Donald Trampın prezident seçkilərində qələbəsi amerikalılar üçün uğursuzluq silsiləsini qırmaq, silahlanmaya və kəşfiyyat cəmiyyətinin siyasiləşməsinə son qoymaq üçün ona verilən dəqiq mandatdır.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью