ABŞ kəşfiyyatının məxfi rabitə şəbəkəsi sıradan çıxdı

17.11.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların mübadiləsi üçün nəzərdə tutulmuş daxili rabitə şəbəkəsində nasazlıq yaranıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə CNN vəziyyətlə tanış olan altı mənbəyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, problem ABŞ xüsusi xidmət orqanının əməkdaşlarının məhdud girişli məlumatları daxili qaydada ötürmək üçün istifadə etdikləri NSA Net şəbəkəsinə təsir edib. Texniki nasazlıq səbəbindən agentliyin rəhbərliyi əməkdaşların işə mərhələli şəkildə cəlb olunmasını təşkil edib. Online alış-veriş

CNN-in mənbələri hazırda kiberhücum əlamətlərinin aşkar edilmədiyini vurğulayıblar. Telekanal məsələ ilə bağlı rəsmi açıqlama ala bilməyib. Məxfi məlumatların mümkün sızması və ya digər dövlət qurumları üçün yarana biləcək nəticələr barədə hələlik məlumat yoxdur.

Hadisə ABŞ infrastrukturunda bir sıra texniki nasazlıqların qeydə alındığı dövrə təsadüf edib. Daha əvvəl Federal Təhqiqatlar Bürosunun (FTB) noyabrın 13-də ABŞ ərazisində uçuşların dayandırılmasına səbəb olan genişmiqyaslı nasazlığı araşdırmaq üçün şəbəkə avadanlıqlarını müsadirə etdiyi bildirilmişdi./Oxu.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью