Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ kəşfiyyatının məlumatına görə, Vladimir Putin müharibəni dayandırmaq üçün Donald Tramp administrasiyası ilə danışıqlara başlasa da, hələ də bütün Ukraynanı ələ keçirməyə çalışır.
Hurriyyet.az xəbər verir ki, bu barədə “NBC News” Qərb kəşfiyyatının dörd rəsmisinə və ABŞ Konqresinin iki üzvünə istinadən məlumat yayıb.
“Bizdə Putinin hazırda real sülh razılaşmasında maraqlı olduğuna dair heç bir əlamət yoxdur”, - ABŞ Konqresindəki nümayəndələrdən biri deyib.
Çərşənbə axşamı, fevralın 18-də Vladimir Putin ABŞ nümayəndələri ilə görüşmək üçün öz nümayəndə heyətini Ər-Riyada göndərib.
Danışıqların əsas məqsədi Ukraynada müharibənin mümkün sonunu müzakirə etmək olub.
Bununla belə, nəşrin mənbələrinə görə, hazırkı kəşfiyyat məlumatları Putinin gələcəkdə bütün Ukraynanı ələ keçirmək fürsətinə ümid etdiyini göstərir.
“NBC News”a danışan mənbələr hesab edirlər ki, Putin danışıqlardan ordusunu yenidən qurmaq və mövqelərini möhkəmləndirmək üçün taktiki fasilə kimi istifadə edə bilər.