ABŞ Kiyevə ayırdığı pulları özünə xərcləyib? VİDEO

09.07.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Amerika ordusunun 2026-cı maliyyə ili üçün büdcə layihəsini təhlil etdikdən sonra Rusiya mediası belə qənaətə gəlib.
Yayımlanan məlumata gğrə, Ukraynaya kömək üçün ayrılması nəzərdə tutulan vəsaitlər, xüsusilə, partlayıcı maddələr, artilleriya mərmiləri və onların istehsalı üçün komponentlərin istehsalı üzrə əsas müəssisələrin inşasına və modernləşdirilməsinə yönəldilir.
Məsələn, ildə 5 milyon funta (1 funt təxminən 454 qramdır) qədər maddə istehsal edəcək trotil zavodunun tikintisinə 623 milyon dollardan çox vəsait ayrılıb. Holston zavodunda partlayıcı maddələrin istehsalının genişləndirilməsinə daha 600 milyon dollar ayrılıb. Mərmilərin metal hissələrinin istehsalını artırmaq üçün isə Skrantondakı zavoda 80 milyon dollar köçürülüb.
“Büdcə sənədlərində vurğulanır ki, bu investisiyalar Ukraynadakı münaqişənin necə inkişaf etməsindən asılı olmayaraq ABŞniın daxili müdafiə qabiliyyətini gücləndirəcək”, - dərc edilən materialda bildirilir.
Kil Dünya İqtisadiyyatı institutunun məlumatına görə, ABŞ-nin Ukraynaya verdiyi hərbi yardımın həcmi 123,3 milyard dollara çatıb. 2025-ci ilin aprelinə qədər tədarüklər 69,5 milyard dollar, maliyyə dəstəyi 50,1 milyard dollar, humanitar yardımlar isə 3,7 milyard dollar təşkil edib. Bununla belə, 2025-ci ilin mayından iyulun əvvəlinə qədər heç bir yeni tədarük olmayıb.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью