ABŞ Kiyevə Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi barədə məlumat verib

18.11.2024

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Ştatlar Ukrayna hakimiyyətini ABŞ prezidenti Co Baydenin Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə icazə vermək qərarı barədə məlumatlandırıb.

Bu barədə Axios portalı mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Bayden administrasiyası təxminən üç gün əvvəl Baydenin qərarı ilə bağlı məlumatı Kiyevə çatdırıb. İddia olunur ki, söhbət yalnız Kursk vilayəti ərazisinə uzaqmənzilli silahlarla vurulan zərbələrdən gedir.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью