ABŞ Kiyevin borcunun bir hissəsini silmək istəyir

20.11.2024

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Vaşinqton Ukraynanın dövlət borcunun bir hissəsini silmək istəyir, lakin buna qarşı çıxacağı təqdirdə Konqresin qərarına tabe olacaq”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

O, bunu Amerika tərəfinin Kiyevin 4,65 milyard dollarlıq borcunu silmək istəyi ilə bağlı suala cavab verən zaman bildirib:

“Konqres bunu ləğv etmək üçün müxalif qərar qəbul etmək imkanına malikdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью