ABŞ Kiyevlə kəşfiyyat mübadiləsini bərpa etdi Tramp

10.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

ABŞ Ukrayna ilə kəşfiyyat mübadiləsini demək olar ki, bərpa edib.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

ABŞ prezidenti iki ölkə arasında Səudiyyə Ərəbistanında keçiriləcək görüşdən yaxşı nəticələr gözlədiyini bildirib.

Onun sözlərinə görə, bu həftə Kiyev və Vaşinqton böyük irəliləyişə nail olacaq.

Bununla yanaşı, Tramp qeyd edib ki, Ukrayna hələ də ABŞ yardımının bərpası üçün kifayət qədər sülh istəyi nümayiş etdirməyib.

Qeyd edək ki, ABŞ və Ukrayna nümayəndələri arasında Ciddədə görüşün sabah baş tutacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью