ABŞ klubu Messinin keçmiş baş məşqçisinə tapşırıldı

11.01.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Milan", "Yuventus" klublarının və İtaliya millisinin sabiq futbolçusu Antonio Noçerino "Las Veqas"ın baş məşqçisi təyin olunub.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İmzalanan müqavilənin şərtləri açıqlanmır. 

Noçerinonun son işi 2024-cü ilin oktyabrında tərk etdiyi "İnter Mayami" olub.

"Las Veqas" ABŞ-nin ikinci ən güclü divizionu olan USL-də çıxış edir.

Qeyd edək ki, Noçerino karyerası ərzində bir dəfə də olsun, kubok qazana bilməyib. O, İtaliya millisi ilə AÇ-2012 finalında uduzub, 2011/12 mövsümündə A seriyasında ikinci yeri tutub, bir il əvvəl isə ölkə kubokunun finalında uduzub. 

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью