ABŞ klubu Neymarla danışıqlara başladı

16.01.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Əl Hilal”ın futbolçusu Neymar karyerasını ABŞ-də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Çikaqo Fayr” klubu oyunçunun xidmətində maraqlıdır. Bu barədə “Lequipe” nəşri məlumat yayıb. Braziliyalı oyunçunun agenti artıq MLS klubunun nümayəndələri ilə danışıqlara başlayıb.

Neymar “Əl Hilal”da cəmi 2 oyuna çıxıb. Onun illik maaşı 101 milyon avroya yaxındır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью