ABŞ klubundan Nərimanın icarəsi ilə bağlı Açıqlama

04.08.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ klubundan Nərimanın icarəsi ilə bağlı - Açıqlama

ABŞ-ın “Kolumbus Kru” klubu azərbaycanlı futbolçu Nəriman Axundzadənin Türkiyənin “Erzurumspor” komandasına keçidi ilə bağlı açıqlama yayıb.

QOI.az-ın xəbərinə görə, açıqlamada bildirilib ki, 22 yaşlı Türkiyənin “Erzurumspor” klubuna icarəyə verilib.

Həmçinin oxuyun: Nəriman Axundzadə Türkiyə klubuna keçir - Rəsmi

İcarə müqaviləsi 2027-ci ilin sonunadək nəzərdə tutulub.

Razılaşmaya əsasən, Türkiyə təmsilçisinin Nəriman Axundzadəni icarə müddətinin sonunda birdəfəlik transfer etmək hüququ da var.

Xatırladaq ki, “Erzumrumspor” da açıqlama yayaraq bildirib ki, Axundzadə tezliklə tibbi müayinədən uğurla keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Əlavə edək ki, N.Axundzadə “Kolumbus Kru”ya bu ilin qış transfer pəncərəsi dövründə “Qarabağ”dan keçib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью