ABŞ koalisiyasının nümayəndələri: İqlim dəyişikliyi ilə mübarizəni davam etdirəcəyik

15.11.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də son seçkilərdən sonra federal siyasətdə mümkün dəyişikliklərə baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizə üzrə regional səylər davam etdiriləcək.

“Report” xəbər verir ki, bunu “America Is All In” koalisiyasının nümayəndələri Bakıda COP29 çərçivəsində keçirilən "ABŞ ştatları və şəhərlərinin iqlim dəyişikliyi ilə mübarizə tədbirləri" mövzusunda mətbuat konfransında bildiriblər.

Vaşinqton ştatının qubernatoru Cey İnsli çıxışında vurğulayıb ki, 24 ştatı və ölkə iqtisadiyyatının 60%-ni əhatə edən ABŞ İqlim Alyansı təmiz enerjindən istifadəni davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, federal seçkilər ştatların elektromobillərdən istifadə və enerji səmərəliliyi standartlarının artırılması kimi təmiz enerji təşəbbüslərini inkişaf etdirməsinə mane olmayacaq.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью