ABŞ Kobanidə baza yaradır? Pentaqondan reaksiya

04.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl tikinti materialları daşıyan ABŞ-a məxsus karvanın Hələb istiqamətində getməsi ilə bağlı görüntülər yayılılmışdı. İddia olunurdu ki, ABŞ karvanı hərbi baza qurmaq üçün Ayn əl-Ərəbə (Kobani) gedib.

Axar.az xəbər verir ki, Pentaqon rəsmisi Sabrina Sinqh məsələyə aydınlıq gətirib.

O bildirib ki, ABŞ-ın Ayn əl-Ərəbdə baza quracağı ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Vaşinqtonun belə bir niyyəti yoxdur. Biz ancaq bölgədə İŞİD-lə mübarizəyə fokuslanmışıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью