ABŞ kolumbiyalı senator Migel Uribeyə qarşı sui qəsd cəhdini pisləyib

08.06.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vaşinqton, 8 iyun, AZƏRTAC

ABŞ kolumbiyalı senator Migel Uribeyə qarşı sui-qəsd cəhdini ən kəskin şəkildə pisləyir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Dövlət katibi Marko Rubionun bəyanatında deyilir. O, hadisəni demokratiyaya qarşı birbaşa təhdid kimi dəyərləndirib və bunun Kolumbiya hökumətinin ən yüksək səviyyələrindən gələn zorakı solçu ritorikanın nəticəsi olduğunu qeyd edib.

“Kolumbiyanın təhlükəsizlik və demokratiyanı möhkəmləndirmək üçün son bir neçə onillikdə irəliləyişini öz gözləri ilə görənlər siyasi zorakılığın qaranlıq günlərinin geri qayıtmasına imkan verməməlidir. Prezident Petro qızışdırıcı ritorikadan əl çəkməli və Kolumbiya rəsmilərini müdafiə etməlidir”, - deyə bəyanatda deyilir.

Rubio Migel Uribenin ailəsi, yaxınları və tərəfdarları ilə birlikdə dua etdiklərini deyib və hücuma görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməli olduğunu açıqlayıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью