ABŞ Kolumbiyaya zirehli texnika göndərib

11.02.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Birləşmiş Ştatların Kolumbiyadakı səfirliyinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın Kolumbiya lideri Qustavo Petro ilə keçirdiyi görüş fonunda Vaşinqton bu ölkəyə silah göndərib.
“Kolumbiya ordusunun komandanı, general-mayor Royer Qomes Herreranın müşayiəti ilə müvəqqəti işlər vəkili Con MakNamara ABŞ istehsalı olan 11 ədəd M1117 zirehli maşını təhvil verib. Bu texnika xalqımıza bu qədər ziyan vuran narkotik-terror təşkilatları ilə mübarizədə ordunun səylərini dəstəkləyəcək”, - “X” sosial şəbəkəsində dərc olunan məlumatda deyilir.
Trampa narkobaronların siyahısı verilib | VİDEO Diplomatların sözlərinə görə, 2021-ci ildən bəri ABŞ Kolumbiyaya dəyəri 117 milyon dollardan çox olan 145 zirehli maşın göndərib.
Xatırladaq ki, Donald Tramp və Qustavo Petro fevralın əvvəlində ABŞ paytaxtında keçirdikləri görüşdə “Kolumbiyanın üsyançı narkotik dəstələrinin liderlərini məhv etmək” barədə razılığa gəliblər.
Həmin görüşdə Kolunmbiya liderinin Trampa həbs olunmalı narkobaronların siyahısını verdiyi bildirilir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью