ABŞ Konqresində aksiya: Polis qazilərə müdaxilə etdi

21.04.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin paytaxtı Vaşinqtondakı Konqres binasında ABŞ-nin və İsrailin İrana qarşı hücumlarına etiraz olaraq keçirilən nümayişdə çox sayda insan saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Konqres binasının "Cannon Rotunda" adlı əsas zalında özlərini "Müharibə əleyhdarı qazilər" kimi təqdim edən bir qrup etiraz aksiyası keçirib.

Sosial mediada yayılan görüntülərdə nümayişçilərin polis tərəfindən saxlanıldığı görülüb. Bəzilərinin fiziki məhdudiyyətli olması səbəbindən qoltuq ağacları və ya təkərli oturacaqlarla etirazda iştirak edən qrupun bir çox üzvünün saxlanılması bəzi sosial media istifadəçilərinin etirazına səbəb olub.

ABŞ hərbi forması geyinmiş nümayişçilərin daşıdığı şüarlarda "Daha bir müharibəyə tab gətirə bilmərik", "İrana qarşı müharibəni dayandırın" kimi ifadələr yer alıb. Etiraz zamanı ABŞ dövlət himnini səsləndirən, müharibədə həlak olan ABŞ əsgərləri üçün ehtiram sükutu saxlayan və rəmzi bayraq qatlama mərasimi keçirən müharibə əleyhdarları paytaxt polisi tərəfindən plastik qandallar taxılaraq saxlanılarkən, nümayişçilər polisə müqavimət göstərmədən səssiz aksiyalarına davam ediblər.

Sözügedən etiraz ABŞ-nin İran ilə Pakistanın paytaxtı İslamabadda keçiriləcək ikinci tur danışıqlarının başlayacağı gün baş verib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью