Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” mövzusunda foto sərgi keçirilib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Məlumata görə, tədbirdə Azərbaycandakı mina problemi, onun fəsadları və hökumətin bu problemi aradan qaldırmaq istiqamətində atdığı addımlar diqqətə çatdırılıb.