Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“ABŞ Prezidenti Donald Tramp müharibə qızışdırıcısıdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Frank Pallon ABŞ – İsrail hücumundan sonra sosial media hesabında yazıb.
“Tramp sülh prezidenti deyil, müharibə prezidentidir. ABŞ-a hücum edilərsə və ya əsgərlərimiz təhlükəyə atılarsa, bu, Trampın müharibəyə başlamaq istəyindən qaynaqlanacaq.
Konqresə müraciət etməkdən və ya hətta öz müşavirlərini dinləməkdən imtina etməsi isə onun dəli olmasından irəli gəlir. Amerikanı yeni müharibələrə sürükləmək üçün növbəti hansı ölkəyə hücum edəcək?”, – deyə Pallon bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana genişmiqyaslı hücuma başlayıblar.
Əliyar Xəlil
Globalinfo.az