ABŞ Konqresinin əməkdaşlarına qarşı WhatsApp qadağası

24.06.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ Konqersinin Nümayəndələr Palatasının əməkdaşlarına xidməti smartfonlarda və digər cihazlarda "WhatsApp" mesencerindən istifadə qadağan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri Konqresin İnzibati Şurasının rəhbərinin əməkdaşlara göndərdiyi məktuba istinadla məlumat paylaşıb.

Bildirilir ki, xidməti smartfonlarında "WhatsApp" tətbiqini yükləyən əməkdaşlar mesenceri telefonlarından silməlidirlər.

Bu addımın "WhatsApp"dan istifadə edərkən yaranan potensial təhlükəsizlik riskləri ilə əlaqədar atıldığı vurğulanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью