Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 28 yanvar, AZƏRTAC
ABŞ Konqresinin nümayəndə heyətinin Gürcüstana səfəri gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Gürcüstandakı səfirliyi məlumat yayıb.
Səfirliyin açıqlamasına görə, heyət Gürcüstan rəsmiləri və müxalifət liderləri ilə görüşəcək, həmçinin ölkədəki mövcud vəziyyətlə tanış olmaq məqsədilə Tserovanidəki məcburi köçkünlər üçün salınmış yaşayış məntəqəsinə baş çəkəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi