ABŞ kosmik uçuşların sayını beş dəfə artırmağa hazırlaşır

21.08.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 avqust, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp 2030-cu ilədək ölkədə hər il həyata keçirilən kosmik uçuşların sayının 1000-ə çatdırılmasını nəzərdə tutan memorandum imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Sənəddə 2030-cu ilədək ABŞ-də kosmik daşımaların həcminin hər il 1000-dən çox uçuşun və enişin həyata keçirilməsinə imkan verəcək səviyyəyə çatdırılması nəzərdə tutulur. Hazırda ABŞ-də ildə orta hesabla 200-dən çox kosmik uçuş həyata keçirilir.

Bundan əlavə, Donald Tramp Marsın səthinə robotların kommersiya məqsədilə göndərilməsi, insanların Marsa uçuşunun və onların Yerə qaytarılmasının mümkünlüyünün araşdırılmasını tapşırıb.

ABŞ Prezidenti, həmçinin dövlət qurumlarına özəl sektor tərəfdaşları ilə kosmik nəqliyyat infrastrukturunun birgə inkişafını təşviq etmək və müvafiq icazələrin verilməsi prosedurlarını sürətləndirmək barədə göstəriş verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью