Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meink kosmosda silah yerləşdirildiyini ilk dəfə açıqlayıb.
Milli.Az yerli KİV-lərə istinadən xəbər verir ki, Meink orbitdə yerləşdirilən silahın ABŞ qüvvələrini mümkün düşmən hücumlarından qorumaq üçün zəruri olduğunu bildirib.
O, ABŞ-nin artan təhdidlərə qarşı hazır olduğunu vurğulasa da, sözügedən silahın imkanları və orbitə nə vaxt yerləşdirilməsi barədə ətraflı məlumat verməyib.
ABŞ Kosmik Qüvvələrinin yaydığı bəyanatda isə kosmosda nəzarətin rəqiblərlə rəqabət aparmaq və üstünlük əldə etmək baxımından vacib olduğu bildirilib.
Qeyd olunub ki, bu məqsədlə zərurət yarandıqda rəqiblərin imkanlarını sıradan çıxarmaq, zəiflətmək və hətta məhv etmək üçün kinetik və qeyri-kinetik üsullardan istifadə edilə bilər. Bu imkanların döyüş komandanlıqlarının göstərişlərinə uyğun olaraq həm hücum, həm də müdafiə məqsədləri üçün tətbiq oluna biləcəyi vurğulanıb.
Bəyanatda həmçinin Çinin hərbi modernləşdirmə strategiyası çərçivəsində kosmik və əks-kos
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)