ABŞ kosmosda silahını təsdiqlədi Rusiya və Çin hədəfdə KONKRET

15.09.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ ilk dəfə kosmosda silah yerləşdirdiyini rəsmən təsdiqləyib.

KONKRET.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meynkin sözlərinə görə, sözügedən silah “kosmik məkana nəzarət” məqsədi daşıyır və ABŞ qüvvələrini mümkün düşmən hücumlarından qorumağa imkan verə bilər. Nazir silahın konkret növünü və texniki imkanlarını açıqlamayıb.

ABŞ Kosmik Qüvvələri bu addımı Vaşinqtonun əsas geosiyasi rəqibləri olan Rusiya və Çinin kosmosdakı hərbi fəaliyyətləri ilə əsaslandırıb.

Bildirilib ki, Çin hərbi modernləşdirmə strategiyası çərçivəsində kosmik və antikosmik imkanlarını inkişaf etdirir və onlardan istifadə edir. Rusiya isə kosmosu gələcək hərbi münaqişələrin əsas cəbhələrindən biri kimi qiymətləndirir və burada üstünlüyün döyüşlərin nəticəsinə həlledici təsir göstərə biləcəyini hesab edir.

Vaşinqtonun açıqlamasına Pekindən də reaksiya gəlib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Go Tszyakun ABŞ-ı kosmosda “müharibəyə hazırlığı dayandırmağa” çağırıb.

O, həmçinin Vaşinqtonu kosmosda silahlanma yarışına yol verməməyə və bu istiqamətdə məsuliyyətli davranmağa səsləyib.

Ağagül Mürsəlov,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью