Icma.az bildirir, Reyting.az portalına istinadən. ABŞ artıq ən böyük kreditorları ilə ciddi ticarət qarşıdurması yaşayır.
Bu gərginlik fonunda Avropa İttifaqı (Aİ) ABŞ-Aİ sazişinin ratifikasiyasını dayandırıb.
Reyting.az xəbər verir ki, bu barədə nüfuzlu “Thomson Reuters” informasiya və texnologiya xidmətləri şirkətinin hesabatında qeyd olunur.
Gərginliyin getdikcə artması ABŞ-Böyük Britaniya ticarət razılaşmasının da taleyini sual altına salıb.
Xatırladaq ki, ABŞ lideri Donald Tramp Avropa ölkələrini ona məxsus olmayan ərazilərin satışı ilə bağlı təzyiq altına almaqla yanaşı, əlavə tariflərlə də hədələyir.
Bununla belə, bu tariflərin qanuniliyi şübhə doğurur. Ekspertlərin fikrincə, belə mübahisəli məsələlərdə yalnız son instansiya kimi ABŞ Ali
Mütəxəssislər hesab edirlər ki, bu cür yanaşma ticarət razılaşmalarını çətinləşdirir və NATO daxilində parçalanma riskini artırır.
Bununla belə, bazarların reaksiyası nisbətən məhdud olub. “S&P” fyuçersləri təxminən 1 faiz, Aİ səhmləri isə 1,1 faiz ucuzlaşıb.