Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın administrasiyasının Kubada hakimiyyət dəyişikliyi planı üzərində çalışdığı iddia edilir.
Sherg.az xəbər verir ki, The New York Times yazıb. Məlumata görə, Vaşinqton Kubanın ABŞ-la münasibətlərində kursu dəyişmək və Venesueladakı ssenariyə bənzər proses həyata keçirmək istəyir.
İddiaya əsasən, ABŞ xüsusi xidmət orqanlarına Venesuelada Nikolasa Maduronun ələ keçirilməsindən sonra ölkənin idarəçiliyinə gətirilən Delşi Rodrigesə bənzər namizəd tapmaq tapşırılıb.
ABŞ rəsmiləri Rodrigesin hakimiyyətə gəldikdən sonra Vaşinqtonla əməkdaşlığa başlamasını müsbət qiymətləndirib.
Kubanın Rusiyadakı səfiri Enrike Orta Qonsales isə bildirib ki, ada sakinləri uzun müddətdir ABŞ-ın hərbi təzyiqi altında yaşayırlar. Onun sözlərinə görə, son aylarda Vaşinqtonun Havana qarşı təzyiqləri daha da artıb.