ABŞ Kubadakı rejimi dəyişməyi hədəfləyib: Tramp

05.06.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Vaşinqton Kubadakı hökumət sistemini dəyişdirməyi hədəfləyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri bildirib ki, bu planı İranla münaqişə bitdikdən dərhal sonra etmək niyyətindədir.
O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib:
"Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, çox sərt, çox xoşagəlməz olan bir rejimdən qurtulmalıyıq".
ABŞ prezidenti Kuba ilə bağlı addımlara toxunaraq əlavə edib:
"Mən hər şeyi bir-bir həll etməyə üstünlük verirəm. Biz İran İslam Respublikası ilə məşğul olacağıq və bu iş bitdikdən sonra geri qayıdarkən bunu etmək üçün qısa müddətə dayanacağıq. Biz onlara kömək etmək istəyirik".
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Havanaya qarşı birtərəfli sanksiyaları kəskin şəkildə sərtləşdirməsinin Kubanın dağılmasını sürətləndirmək məqsədi daşıdığını inkar edib.
Şeyda
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью