Icma.az, Yeniavaz saytına istinadən bildirir.
ABŞ ordusu bir neçə həftədir ki, Kubaya qarşı mümkün əməliyyat ssenarilərini, o cümlədən, hava-desant əməliyyatı ssenarilərini araşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrə istinadla məlumat verib.
Məlumata görə, belə bir ssenari baş verərsə, əməliyyata 101-ci Hava-Desant Diviziyası cəlb edilə bilər. Belə ki, bu diviziya oxşar tapşırıqları yerinə yetirmək üçün təlim keçmiş yeganə diviziyadır.
Telakanalın mənbələrinə görə, bu məsələnin müzakirəsi ABŞ Prezidentinin və ya Pentaqonun Kubada əməliyyat keçirmək barədə qəti qərar qəbul etdiyini göstərmir.
Telekanal bildirib ki, əsasən İranla münaqişəyə diqqət yetirdiyi üçün Kubaya qarşı hər hansı bir əməliyyat Pentaqon üçün ciddi problemə çevrilə bilər.
Mənbələr aydınlaşdırıblar ki, keçən həftə İrana qarşı hərbi əməliyyatlar yenidən başladığı üşün diqqətin Kubaya yönəlməsi ehtimalı azdır.