ABŞ Kubaya sanksiyaları gücləndirir

15.08.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Kuba ilə bağlı strategiyasında hərbi ssenaridən imtina edərək sanksiya təzyiqinin gücləndirilməsinə üstünlük verib.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Kuba hakimiyyətinin gəlir mənbələrini məhdudlaşdırmaq niyyətindədir. Məqsəd iqtisadi təzyiqi artırmaqla Havana rəhbərliyini danışıqlara sövq edəcək şərait yaratmaqdır.

Beləliklə, ABŞ administrasiyası hazırkı mərhələdə Kubaya qarşı hərbi addımlardan daha çox iqtisadi və sanksiya alətlərinə fokuslanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью