ABŞ Kubaya təzyiqləri artırır

05.06.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Donald Tramp administrasiyası cümə axşamı Kuba Prezidenti Migel Dias-Kanel, həyat yoldaşı və daha üç nəfərə qarşı sanksiyalar tətbiq edib. Bu, Vaşinqtonun Havana rəhbərliyinə təzyiqi artırmaq üçün atdığı son addımdır.

Məlumatı “Eurinews” verib. 

ABŞ Dövlət katibi Marko Rubionun imzaladığı bəyanata görə, sanksiyaya məruz qalanlar “rejimə, onun ABŞ-da və dünyada radikal inqilabi hərəkatları səfərbər etmək səylərinə rəhbərlik edir və ya maliyyələşdirirlər”.

Bu addım Havanada dərhal qınaqla qarşılanıb və Prezident Dias-Kanel deyib: “Bu siyasi korluq son həftələrdə ölkəmizə qarşı görülən və Kuba xalqına zərər vermək məqsədi daşıyan cəza tədbirlərini tamamlayır”.

Sanksiyalara Kubanın keçmiş lideri Raul Kastro və Vilma Espinin yeganə oğlu Alexandro Kastro Espin də məruz qalıb.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью