Icma.az bildirir, Yeniavaz portalına istinadən.
ABŞ Prezidentinin kürəkəni və elçisi Cared Kuşner Misirə səfəri zamanı Fələstin HƏMAS hərəkatının rəhbərliyi ilə danışıqlar aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı adının çəkilməsini istəməyən mənbələrə istinadla məlumat verib.
Mənbələrin məlumatına görə, Kuşner Misirdə Qəzza zolağındakı vəziyyətlə bağlı bir neçə görüş keçirib.
O, İsrail və HƏMAS hərəkatı arasında dolayı danışıqlarda vasitəçilərlə, HƏMAS liderləri ilə və Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovla görüşüb.
Kuşner həmçinin HƏMAS liderləri ilə görüşərək, onları tərksilah öhdəliklərini yerinə yetirməyə çağırıb.
Görüşdə HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyya, Misir kəşfiyyatının rəisi Həsən Rəşad, Qətər diplomatı Əli əl-Təvadi və adı açıqlanmayan yüksək vəzifəli türk rəsmisi iştirak edib.
Qeyd edək ki, 9 oktyabr 2025-ci ildə İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Növbəti gün Qəzzada atəşkəs qüvvəyə minib. Razılaşmaya uyğun olaraq, İsrail qoşunları Zolağın ərazisinin 50%-dən çoxuna nəzarəti saxlayaraq “sarı xətlər”ə çəkilib.
9 avqust 2026-cı ildə İsrail Sülh Şurasının Qəzza zolağı ilə bağlı planını rədd edib. Baş nazir Benyamin Netanyahu bəyan edib ki, İsrail ordusu HƏMAS tamamilə tərksilah edilənə qədər anklavı tərk etməyəcək.