ABŞ: KXDR in raket buraxılışı amerikalı hərbçilər üçün təhlükə yaratmayıb

27.01.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) buraxdığı, ehtimal ki, ballistik raketlər regiondakı ABŞ qüvvələri və ya onların müttəfiqləri üçün təhlükə yaratmayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Koreya Respublikasındakı ABŞ Qüvvələrinin (USFK) açıqlamasında bildirilir.

“Biz raket buraxılışlarından xəbərdarıq və müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. Mövcud qiymətləndirmələrə əsasən, bu insident ABŞ qüvvələri və ya ərazisi, eləcə də müttəfiqlərimiz üçün təhlükə təşkil etməyib. ABŞ regionda öz ərazisini və müttəfiqlərini qorumağa sadiq qalır”, — deyə "X" sosial şəbəkəsində yayımlanan bəyanatda qeyd olunur.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью