ABŞ la atəşkəz uzadıla bilməz: ya müharibə, ya da... Rzayi

14.04.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-la müvəqqəti atəşkəsin müddəti uzadıla bilməz.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi deyib.

“Atəşkəsin müddətinin bitməsi onun avtomatik şəkildə uzadılmasına səbəb olmamalıdır. Onlar ya İranın hüquqlarını, o cümlədən Hörmüz boğazı üzərində nəzarətimizi tanımalı, ya da müharibəyə qayıtmalıdırlar”, – Rzayi qeyd edib.

Deputat əlavə edib ki, Tehran Vaşinqtonun mövcud fasilədən yeni hərbi addımlar üçün istifadə etməsinə və ya yenidən silahlanmasına imkan verməyəcək.

Qeyd edək ki, ABŞ və İran arasında 8 apreldə iki həftəlik atəşkəs əldə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью