ABŞ la Çin danışıqlara hazırlaşır

21.07.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ştatlar yaxın gələcəkdə Çinlə ikitərəfli ticarət və digər məsələlər üzrə danışıqlar aparmağa hazırlaşır.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.

"Biz çox yaxın gələcəkdə danışmağa başlayacağıq... Düşünürəm ki, indi başqa məsələlər haqqında danışmağa başlaya bilərik", - deyə Bessent bildirib. 

Nazir əlavə edib ki, danışıqlar Pekinin Rusiya və İran neftini almasını, eləcə də Çin tərəfindən böyük iqtisadi yönləndirmə ehtiyacını əhatə edə bilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью