ABŞ la danışıqlar prosesi başa çatıb İran

15.11.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran ABŞ-a yeddi şərt təqdim edib və müzakirə üçün əlavə məsələlər irəli sürmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Həsən Kaşkavi bildirib.

Onun sözlərinə görə, Tehranla Vaşinqton arasında danışıqlar prosesi başa çatıb, lakin diplomatik imkanlar hələ də açıqdır.

Kaşkavi qeyd edib ki, tərəflər onun danışıqlardan sonrakı mərhələ adlandırdığı prosesə keçiblər:

"Biz yeddi şərtimizi təqdim etmişik və ABŞ-la müzakirə edəcəyimiz başqa heç nəyimiz yoxdur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью