ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiya ABŞ ilə təmaslar qurmağa hazırlaşır. Məqsəd ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə razılaşdırıldıqdan sonra sülh planının nə dərəcədə dəyişdiyini öyrənməkdir.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, son iki həftə ərzində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun rəhbərliyi ilə nümayəndə heyəti Avropa ölkələri və Ukrayna arasında intensiv məsləhətləşmələr aparılıb. Ukrayna Prezidenti Vladimir Zelenski də bu prosesdə iştirak edib.

"Görək, bu tezislər toplusunda nə baş verib. Onun nə qədər dəyişdiyini anlamaq üçün biz hazırda amerikalılarla müvafiq təmasları hazırlayırıq", – Peskov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью