ABŞ la danışıqlarda ümidverici nəticələr var Laricani

11.02.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Omana səfər çox məhsuldar və ümidverici oldu. ABŞ-la danışıqlar nisbətən yaxşı keçib və qarşı tərəfin bu danışıqları həll yoluna doğru yönəltmək istədiyi hiss olunur”.

Globalinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “Al-Alam” telekanalına müsahibəsində deyib.

O bildirib ki, amerikalılar nüvə müzakirələrinin konkret həll yolu ilə nəticələnməsini istəyirlər:

“Hələ ki tam nəticə çıxarmaq olmaz, çünki cəmi bir görüş olub. Danışıqların davamını izləyəcəyik. Danışıqların növbəti mərhələsinin tarixi hazırda müzakirə olunur və yaxın vaxtlarda elan ediləcək”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью