Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
...regionda gərginliyi artıracaq - İranın yüksək vəzifəli rəsmisi
ABŞ-la diplomatik təmaslar nəticə verməsə, İran eskalasiyanı artıracaq və hücum siyasətinə keçid edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İranın adı açıqlanmayan yüksək vəzifəli rəsmisi “Reuters“ə bildirib.
O, İranın Hörmüz boğazında və ümumi regionda gərginliyi artırmağa hazır olduğuna dair xəbərdarlıq edib.
Bundan başqa, İranın ABŞ-ın dəniz blokadasına həmişəlik olaraq dözməyəcəyi vurğulanıb.