ABŞ la gərginlik: Leyen və komandasına xüsusi tapşırıq verildi

23.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və komandasına ABŞ ilə gərginlik fonunda Avropanı gücləndirmək yollarını tapmaq tapşırılıb”.

Globalinfo.az xəbər verir ki, bu barəəd “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

“Leyen Avropa müdafiəsinin gələcəyini yenidən düşünməlidir. Onun hazırda əsas vəzifəsi  Brüsselin müstəqilliyini təmin etməkdir. Lakin bəzi rəsmilər qorxurlar ki, ABŞ Prezidenti Donald Trampın geri çəkilməsindən və Qrenlandiya böhranının həllindən sonra avropalı liderlər dəyişikliyə ehtiyac duymayacaqlar.

Digər bir problem, seçicilərin aparıcı Avropa İttifaqı (Aİ) ölkələrinin, xüsusən də Fransa , Böyük Britaniya və Almaniya liderlərinə olan etimadının itirilməsidir. Bu, siyasətçilərin Avropa təhlükəsizliyini gücləndirmək üçün lazımi tədbirləri həyata keçirə bilməməsi riskini yaradır”, – deyə qeyd edilib.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью