ABŞ la görüş olmayacaq Rusiya təkzib etdi

10.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiya və ABŞ arasında Səudiyyə Ərəbistanında danışıqların yeni raundu bu həftə planlaşdırılmır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, ABŞ tərəfindən belə bir məlumat alınmayıb.

Qeyd edək ki, CNN telekanalı bu həftə Rusiya və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında görüş keçiriləcəyi barədə məlumat yaymışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью